Bir jurnalist ekskluziv kluba girmək istəyir amma parolu bilmir. O qapının yanında gözləyir və müşahidə eləməyə başlayır.. Az sonra klubun üzvlərindən bir nəfər qapıya yaxınlaşır və qapını döyür. Qapıçı cavab verir “On beş”. Klubun üzvü “Beş” deyir və içəri buraxılır. Az sonra klubun ayrı bir üzvü qapıya yaxınlaşır və qapıçı “On səkkiz” deyir. Klubun üzvü “Səkkiz” deyərək cavab verir və içəri buraxılır. Bütün bunları müşahidə edən jurnalist hər şeyi anladığını düşünür və qapıya yaxınlaşır. Qapıçı “On dörd” deyərək jurnalistə mürəciət edir. Jurnalist isə cavabında “Dörd” deyərək cavab verir. Lakin içəri buraxılmır.
Sizcə qapıçı “On dörd” deyəndə jurnalist hansı cavabı verməli idi?
|