Nyu-York məktəblərinin birində müəllimənin pul kisəsi itmişdir. Pul kisəsi beş şagirddən – Lilian, Cudi, Devid, Teo və Marqaretdən biri götürə bilərdi. Sorğu zamanı hər şagird üç ifadə verdi: Lilian:1) Pul kisəsini mən götürməmişəm; 2) Mən ömrümdə heç nə oğurlamamışam; 3) Bunu Teo edib. Cudi:4) Mən götürməmişəm; 5) Mənim atam kifayət qədər dövlətlidir və mənim öz pul kisəm var; 6) Marqaret bilir, bunu kim edib. Devid:7) Mən götürməmişəm; 8) Məktəbə daxil olana kimi Marqareti tanımırdım; 9) Bunu Teo edib. Teo:10) Mən təqsirkar deyiləm; 11) Pul kisəsini Marqaret götürüb; 12) Lilian yalan deyir ki, pul kisəsini mən götürmüşəm. Marqaret:13) Müəllimənin pul kisəsini mən götürməmişəm; 14) Bu işdə təqsirkar Cudidir; 15) Devid məni anadan olandan tanıyır, o, mənə zamin ola bilər.
Sonrakı tədqiqat nəticəsində şagirdlər boyunlarına aldılar ki, onların hər birinin dediklərindən ikisi doğru, biri isə yalandır.
Müəllimənin pul kisəsini kim oğurlayıb?
|